Xəzər Xəbər

Sağda 70, solda isə 90 sürət nişanı var - Həmin ərazidə radara düşən sürücü nə etməlidir? - VİDEO

Veb TV | 20:30 • 8 Dekabr 2018
Sağda 70, solda isə 90 sürət nişanı var -

Magistral yolda nişanların səhv qoyulması sürücüləri çaş-baş salıb. Söhbət Bakı-Qazax avtomagistralından gedir. Həmin yolun paytaxa yaxın hissəsində yolun sağ tərəfinə, saatda 70, sol tərəfdə isə 90 sürəti bildirən nişan qoyulub. Bu nişanlar da eyni dərəcəli yolda ziddiyyət yaradır. Məsələyə Baş Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib.

Eyni istiqamətdə iki ayrı sürəti bildirən nişan qoyulub.

Söhbət Bakı-Qazx magistral yolundan gedir. Həmin yolun şəhər istiqamətində daha dəqiqi ''Lökbətan'' dairəsi yaxınlığında sağ tərəfə saatda 70, sol tərəfə isə 90 kilometr sürəti bildirən nişan qoyulub. Ərazidə çəkiliş apardığımız zaman şahidi olduq ki, yolun sol zolağında hərəkət edənlər saatda 80-90, sağda gedənlər isə 60-70 sürətlə hərəkət edir. Bu nişanlar eyni dərəcəli yolda ziddiyyət yaradır.

Sürücülərin çoxu sağda 70-i göstərən nişanın yük avtomobillərinə aid olduğunu düşünürlər. Amma qeyd edək ki, həmin nəqliyyat vasitələri üçün yol nişanlarının üzərində yük avtomobillərinin şəkili olur.Sürücülərlə söhbət zamanı onlardan həmin yolda hansı sürətlə hərəkət edəcəklərini soruşduq?.

Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da nişanın ziddiyətli olduğunu deyir. Ekspert hesab edir ki, byolun bu hissəsində hansısa sürücüyə məhz sürət həddinin aşmasına görə cərimə yazılması düzgün deyil. Həmin məsələ ilə bağlı zərərçəkmiş sürücülər polisə müraciət edib elektron protakola xitam verdirə bilər. Bəs bu cür sürət nişanlarına qaydasında olmasına kim nəzərət edir?

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev ''Xəzər Xəbər''ə bildirildi ki, əraziya baxış keçiriləcək və problem tez bir zamanda aradan qaldırılacaq.

Xəbər lenti