Xəzər Xəbər

Bu test vaxtından tez ölümün riskini təyin edir - Özünüzü yoxlayın!

Cəmiyyət | 12:10 • 8 Dekabr 2018
Bu test vaxtından tez ölümün riskini təyin edir -

4-cü mərtəbəyə orta temptə dayanmadan qalxa bilərsinizmi?

Mütləq özünüzü yoxlayın. İspaniya alimləri sübut edir ki, bu sadə testin köməyi ilə vaxtından tez ölümün riskini təyin etmək olar.

XəzərXəbər  Saglamolun.az-a istinadla xəbər verir ki, alimlər bu nəzəriyyəni 13 min insan üzərində yoxlayıblar. Onların bir hissəsi testin öhdəsindən gələ bilib, bir hissəsi isə yox. Alimlər pilləkəndə testdən sonra 5 il ərzində bu insanlara daim nəzarət edirdi. Bu müddət ərzində eksperimentdə iştirak edənlərdən 1253 nəfər vəfat edib. Məlum olub ki, araşdırmanın əvvəlində 4-cü mərtəbəyə dayanmadan qalxa bilməyənlər arasında ürək-damar sistemi xəstəlikləri səbəbindən ölüm halları testin öhdəsindən gələnlərlə müqayisədə 3 dəfə daha çox olub.

Bundan əlavə fiziki daha zəif olan və testi keçə bilməyənlər arasında xərçəngdən ölüm halları da 2 dəfə çox olub.

İspaniya alimlərinin fikrinə görə, bu eksperiment növbəti dəfə sübut edib ki, fiziki aktivlik insanın sağlamlığının ən əsas amillərindən biridir.

Xəbər lenti