Xəzər Xəbər

55 min nəfərə ŞAD XƏBƏR Prezident 5,6 milyon manat ayırdı

Gündəm | 18:42 • 3 Dekabr 2018
55 min nəfərə ŞAD XƏBƏR

Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

XəzərXəbər-in xəbərinə görə, sərəncamda qeyd edilir ki, əlli beş min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna–Mərdəkan–Qala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti