Xəzər Xəbər

Radikallar üçün heç bir milli-mənəvi dəyər qalmayıb VİDEO

Veb TV | 20:46 • 17 Noyabr 2018
Radikallar üçün heç bir milli-mənəvi dəyər qalmayıb

Bu gün Əli Kərimli və Cəmil Həsənli başda olmaqla təxminən 30 nəfər radikal milli dirçəliş günün bəhanə gətirərək şəhidlər xiyabanında aksiya keçirməyə cəhd ediblər. Onların bu cəhdinin qarşısı hüquq mühafizə orqanları tərəfindən alınb .

Görünür onlar üçün müqəddəs heç nə qalmayıb. Hər şeyi öz ambisyalarına qurban verən radikal müxalifət, nəyinki dirçəliş gününündən, hətta şəhidlər xiyabanı kimi müqəddəs məkandan da öz cılız siyasi məqsədləri üçün istifadə etməkdən çəkinmirlər.

Xüsusi günlərdə insanların çoxluq təşkil etdiyi məkanlara gəlib siyasi şou yaratmaq radikalların ənənəvi taktikasıdır. Bunun biz elə 20 yanvar günü də müşahidə etmişdik. Məsul stadionunda keçirdikləri icazəli aksiyalarda hətta seçki ərəfəsində heç min nəfər belə toplaya bilməyən radikallar xüsusi günlərə qaçılmaz fürsət kimi baxır. Bu dəfə də Əli Kərimli və ətrafındakılar dirçəliş gününü fürsət bilib şəhidlər xiyabanını mitinq meydanına çevirmək istəyiblər.

Başlarına Əli Kərimli və Cəmil Həsənlinin olduğu təxminən 30 nəfərlik bir qrup şəhidlər xiyabanını ziyarət etmək bəhanəsi ilə buraya toplanıblar. Dirçəliş günü ilə əlaqədar xiyabana ziyarətə gələn insanların sayının çoxluğundan istifadə edən radikallar siyasi şüarlar səsləndirməklə burada qanunsuz aksiya keçirməyə cəhd ediblər. Onların bu hərəkətinin qarşısı isə hüquq mühafizə orqanları tərəfindən alınıb.

Hər şeydən əvvələ qeyd etmək yerinə düşər ki, hər hansı bir aksiyanın keçirilməsi üçün əvvəlcədən müvafiq qurumlara müraciət edilməli və bunun üçün ayrılmış yerlərdə aksiya keçirilməlidir. Şəhidlər xiyabanı və bu kimi məkanlarda isə hər hənsı bir siyasi xarakterli aksiyanın keçiriləməsi yolverilməzdir. Bu, məsələnin qanuni tərəfidir.

Bunun bir də mənəvi tərəfi var: Milli dirçəliş günü xalqın oyanışını və birliyini ifadə edir. Həmin tarixdə baş verən hadisələr erməni təcavüzünə və o vaxtkı sovet rəhbərliyinin Azərbaycana qarşı qərəzinə xalqın cavabı idi. Axı bunun siyasi rəqabətə nə aidiyyatı var?! Nə üçün radikallar belə bir gündə özü də şəhilər xiyabanında istefa şüarları isə siyasi şou düzəldirlər? Bunun müstəqillik uğurunda, vətən uğurunda , torpaq uğurunda canından keçmiş şəhidlərə nə adiyyatı var?

Cavab sadədir radikallar üçün milli, mənəvi dəyər qalmayıb. Onlar siyasi səhnədə mövcuduluqlarını kimlərəsə göstərmək üçün hərşeyi tapdalamağa hazırdırlar.

Xəbər lenti