Xəzər Xəbər

Sabah paytaxtın 3 rayonunda su olmayacaq

İqtisadiyyat | 14:55 • 10 Noyabr 2018
Sabah paytaxtın 3 rayonunda su olmayacaq

Sabah Bakının 3 rayonunda içməli suyun verilməsində fasilə olacaq.

"Azərsu” ASC-dən xezerxeber.az-a verilən məlumata görə, məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.

Belə ki, Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) gün ərzində içməli suyun verilişində fasilələr yaranacaq.

Xəbər lenti