Xəzər Xəbər

Oğuzun İcra Hakimiyyəti pullu şəlaləyə aydınlıq gətirdi - FOTO

Region | 11:08 • 16 İyul 2018
Oğuzun İcra Hakimiyyəti pullu şəlaləyə aydınlıq gətirdi -

Sosial şəbəkələrdə Oğuz rayonu ərazisində yerləşən Xalxal şəlaləsinin yaxınlığına getmək və siya toxunmaq üçün ödəniş tələb olunduğunu əks etdirən fotoşəkil yayılıb. Bununla bağlı açılan müzakirələrdə əsas tənqid və iradlar qeyd edilib.

Yayılan fotoda şəlaləyə toxunmaq üçün 1 manat, şəlalənin töküldüyü gölü qayıqla 10 dəqiqə gəzmək üçün 20 manat ödəniş tələb edildiyi göstərilir.

Məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Ayaz Ağayevlə əlaqə saxladıq.

A.Ağayev Modern.az-a açıqlamasında faktı təsdiqləyərək, məsələdən xəbərdar olduqlarını bildirib:

""Farel” İstirahət Mərkəzinin sahibi öz vəsaiti istirahət mərkəzi tikib, şəlalə də onun ərazisində düzəldilib. O şəlalə təbii şəlalə deyil. Sahibkar özü düzəltdiyi şəlalədən istədiyi kimi istifadə etməkdə sərbəstdir. Mən özüm də ərazidə olmuşam. Sahibkar şəlalənin aşağısında iki göl də yaradıb”.

O qeyd edib ki, İcra Hakimiyyəti özəl biznesə müdaxilə etmək iqtidarında deyil:

"Biz onlara müdaxilə edə bilmərik. Mərkəzin sahibi İcra Hakimiyyəti deyil. Biz sadəcə şərait yaratmışıq, insanlar bizneslə məşğul olur, digərləri də gəlib istirahət edirlər”.

Xəbər lenti