Xəzər Xəbər

Artıq “WhatsApp”da bunu edərkən qarşı tərəf biləcək

Texnologiya | 16:22 • 15 İyul 2018
Artıq “WhatsApp”da bunu edərkən qarşı tərəf biləcək

"Google Play Beta" üzərindən istifadəçilər üçün yayımlanan yeni "Whatsapp Beta" 2.18.214 versiyasında mesajlarla bağlı yenilik tətbiq edilib.

XəzərXəbər qafqazinfo.az-a istinadən xəbər verir ki, gələn mesajları tərbiqə daxil olmadan ekranı aşağı çəkərək bildiriş panelindən oxuyarkən qarşı tərəf bunu biləcək.

Lakinbizə seçim haqqı verilib. Yəni, göndərilən mesajı bildiriş panelinden oxuyanda mesajlara 2 göy xəttin qoyulub-qoyulmamasına biz qərar verəcəyik.

Hazırda sınaq mərhələsində olan bu funksiyanın yaxın günlərdə bütün istifadəçilər üçün yayımlanacağı gözlənilir.

Xəbər lenti