Xəzər Xəbər

Mağarada insana bənzəyən sirli varlıq: Görənlər dəhşətə gəldi - VİDEO

Veb TV | 11:12 • 27 May 2018
Mağarada insana bənzəyən sirli varlıq:

Avstriyada "Antik mağara" adı ilə tanınan əraziyə səyahət edən turistlər orada sirli hadisələrin baş verdiyini bildirib.

Onlar mağarada əcaib bir məxluq gördüklərini söyləyiblər:

"Solğun, arıq görünən dördayaqlı siluet insanlara diqqət etmədən mağara divarından keçdi. Təəssüf ki, görüntülər qaranlıqda lentə alındığlı üçün onun ölçülərini müəyyənləşdirmək çox çətindir".

Skeptiklər isə hesab edir ki, görüntülərdəki canlı qurbağa da ola bilər. Amma turistlər həmin məxluqun formaca heç də insandan kiçik olmadığını bildirib.

Hətta turistlər min illər ərzində bu mağaraların qaranlığında elmə məlum olmayan, insanlara oxşamayan canlıların yaşadığını iddia edib.

Qeyd edək ki, görüntüləri lentə alan turistin "bu, ruhdur" dediyi eşidilir.

Material kriptozoloqları ciddi şəkildə maraqlandırıb.

Sirli görüntüləri diqqətlə tədqiq edən mütəxəssislər həqiqətən də görüntüdəki canlının naməlum bir heyvan və ya paralel dünyadan gələn canlı ola biləcəyini ehtimal edirlər. Bu, bəlkə də elmə məlum olmayan başqa bir varlıqdır...

Teleqraf.com

Xəbər lenti