Xəzər Xəbər

Pəncərədə gəzən içkili yeniyetmə 11-ci mərtəbədən yıxıldı – VİDEO (+18)

Veb TV | 11:27 • 22 May 2018
Pəncərədə gəzən içkili yeniyetmə

Rusiyanın Samara şəhərində içkili olan 17 yaşlı yeniyetmə 11-ci mərtəbədə pəncərədən yerə yıxılıb.

Life.ru-nun verdiyi məlumata görə, Danil adlı gənc bir balkondan digər balkona pəncərədən keçməyə çalışarkən yıxılıb. Onun hadisə yerində həlak olduğu bildirilir.

Kadrlardan aydın olur ki, gənclər pəncərədən gəzən Danillə əvvəlcə əylənirlər, sonra isə işin ciddiliyini görüb ondan xahiş edirlər ki, otağa qayıtsın.

Gənclərdən biri, "eləmə, xahiş edirəm", - deyə yalvarır. Məhz bu an Danil geri çəkilir və yerə yıxılır.

Şahidlərin sözlərinə görə, o yerə çırpılarkən ordan keçən qadının üstünə düşəcəkmiş, son anda qadın xilas ola bilib./faktxəbər

Xəbər lenti