Xəzər Xəbər

Silsilə oğurluq edən gənclər yaxalandılar - VİDEO

Veb TV | 20:02 • 22 Mart 2018
Silsilə oğurluq edən gənclər yaxalandılar -

Silsilə oğurluq edən şəxslər saxlanılıb. Saxlanılan gənclərin bir neçə belə hadisə törətdikləri məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, Göygöl rayon sakini 25 yaşlı Hüseyn Oruclu Köşkü kəndində minik maşınını qaçırıb. Sonra isə tanışı Malik Muradlı ilə əlbir olaraq Yeni Qızılca kəndindəki şəxsi təsərrüfatların birindən 55 baş qoyun oğurlayıb.

Gənclər daha sonra Hacıməlik kəndində başqa bir şəxsin 2 danasını da oğurlayıb, onu tanışları olan başqa bir şəxsə satmağa nail olublar.

Polis oğurlanmış heyvanları sahiblərinə qaytarmağa nail olub. Aşkar edilmiş faktlarla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti