Xəzər Xəbər

Şamaxıda 12 yaşlı uşağın əlində fişəng partlayıb - VİDEO

Veb TV | 20:03 • 22 Mart 2018
Şamaxıda 12 yaşlı uşağın əlində fişəng partlayıb -

Valideyn məsuliyyətsizliyi yenə də bədbəxt hadisə ilə nəticələnib. Şamaxıda 12 yaşlı uşağın əlində fişəng partlayıb.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə Şamaxı rayonunun Məlhəm kəndində baş verib.

Kənd sakini 2006-cı il təvəllüdlü Kamal Mais oğlu Cəbrayılovun əlində fişəng partlayıb. Kamilin sağ əlinin şəhadət barmağının bir hissəsinin qopması, əlin ovuc nahiyyəsinin cırılmış-parçalanmış yarası və sol əlin vətərlərində əzilmə yarası ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən, uşağa yardım göstərilib. Aparılan cərrahiyə əməliyyatından sonra sağ əlin şəhədət barmağının baş hissəsi kəsilərək götürülüb. Xəstənin vəziyyəti stabildir.

Xızı rayonunda valideyn məsuliyyətsizliyi 5 yaşlı qızın qaynar sudan yanması ilə nəticələnib. Hadisə Giləzi qəsəbəsində baş verib.

Mətbəxdə nəzarətsiz qalan 5 yaşlı Gülsurə Mustafayevanın üzərinə qaynayan su dağılıb. Azyaşlı ağır yanıq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri aldığı müəyyən edilib və dərhal Bakı şəhərinə göndərilib. Xəstəxanadan bildirilib ki, 5 yaşlı Gülsurə Mustafayevanın vəziyyəti ağırdır.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti