Xəzər Xəbər

Terrorçuların qorxulu yuxusu olan snayperlər Afrinə girdi - VİDEO

Veb TV | 11:16 • 18 Fevral 2018
Terrorçuların qorxulu yuxusu olan snayperlər Afrinə girdi -

Afrində terrorçulara ağır zərbələr endirən Türkiyə Silahlı Qüvvələri (TSQ) terrorçuların qorxulu yuxusu olan snayperlərini kütləvi halda bölgəyə göndərib.


Xezerxeber.az Anadolu Agentliyinə istinadən məlumat verir ki, xüsusi təlim görmüş, hər cür hava şəraitində hədəfi məhv etməyi bacaran türk snayperləri gecə saatlarında belə PKK-çılara göz açmağa imkan vermir.


Snayperlər ərazidə müşahidə apararaq, kəşfiyyat hücumları həyata keçirməyə çalışan terrorçuları vurur və bu yolla həm PKK/PYD-nin qarşısını alır, həm də türk əsgərlərinin təhlükəsizliyini təmin edir.


Türkiyə mətbuatının məlumatına görə, TSQ əməliyyat başlayandan bu vaxta qədər də snayperlərin xidmətindən yararlanıb, lakin son günlərdə bölgəyə cəlb edilən snayperlərin sayı kəskin şəkildə artıb.


Xəbər lenti