Xəzər Xəbər

Neslihan Atagül də boşanmağa QƏRAR VERDİ

Şou Biznes | 16:19 • 16 Fevral 2018
Neslihan Atagül də boşanmağa

Neslihan Atagüllə Kadir Doğulunun boşanacağı iddia olunur.

2016-ci ildə nikah masasına oturan Neslihan Atagül və Kadir Doğulunun arasına son zamanlar qara pişik girib.

14 Fevral Sevgililər Günündə heç bir şəkil və təbrik paylaşmayan cütlüyün küsülü olduğu deyilir. Neslihan Atagül və Kadir Doğulunun instaqramda uzun müddətdir birlikdə şəkil paylaşmaması, səssizliyə bürünməsi çıxan iddiaları daha da gücləndirib.

Xatırladaq ki, keçən həftə Kadir Doğulunun evə gec gəldiyi bu səbəbdən də həyat yoldaşı Neslihan Atagüllə kəskin mübahisə etdiyi xəbərləri gündəmə gəlmişdi. Ticarət mərkəzindən çıxarkən görüntülənən Neslihan Atagül yayılan xəbərlər haqqında "Mübahisə etdiyimiz doğrudur, ancaq bir az şişirdilib. Münasibətimiz hazırda hər zaman olduğu kimi çox yaxşıdır", - demişdi./publika.az

Xəbər lenti