Xəzər Xəbər

İradə İbrahimova Röyanın CAVABINI VERDİ: “Quş”, “kamaz”...”

Şou Biznes | 14:06 • 12 Dekabr 2017
İradə İbrahimova Röyanın CAVABINI VERDİ:

"Barəmdə dediyin "quş”, "İradə xala”, "bilet alım, minin uçun”, "kamaz” kim kəlmələri sənə yaraşdırmıram desəm, yalan olar. Əslində, məni vurmağa çalışarkən, haqq etdiyin rəsmi çizmisən. Gəl, sənə balaca bir tövsüyə verim. "Xala” dediyin insanla sənin aranda 2 yaş fərq var. Özün 2 yaş kiçiklərin gözündə artıq "Röya xala” olmusansa, bunu "böyüklüyünə” keçirəm. Müsahibəmə gəlincə, özümdə daxil olmaqla, mən buradakı ulduzun Türkiyədə ulduz ola bilməyəcəyini anlatmışam".

XəzərXəbər xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova onu "xala" adlandıran Əməkdar artist Röya haqqında deyib. İ.İbrahimovanın instaqramda Röyaya verdiyi cavabını təqdim edirik:

"Sən "Altın kelebek”də "Azərbaycanın parlayan yıldızı” nominasiyasını aldın. Sən zatən, Azərbaycanın starısan. Amma 44 ildə keçirilən mükafatlandırmada ilk dəfə belə bir nominasiya gördük. Daha əvvəl alan varsa, desin bilək. "Kelebek” qəzetini qınayıram, verirdilərsə, ən azından "Türkiyədə parlamaq istəyən ulduz” mükafatı versəydilər, daha məntiqli olardı. Azərbaycanın starı olduğunu xatırlatmağa nə gərək var idi. Almısansa, bunu dadını çıxar. Ara sözlərinlə gündəmə gəlmə.

Nigar Camal Türkiyədə deyil, dünyada keçirirlən və Azərbaycanı həm də bu sferadan dünyaya tanıdan "Eurovision”nun qalibidir. Sən isə "kelebey”inle yazdığın tənqidi cümləndə ona meydan oxumaq istəmisən.

Nigar Camala dediyin "İradə xala kimi sənə də sonra çatdı?” cümləndə əslində özün özünü vurursan. İradə bilirdi o cümlədə söhbət kimdən gedir. Sadəcə, gülüb keçdim. Önəmsəmədim. Amma sənin mətbuat katibin (səs yazısı məndə durur) israrla orada söhbətin mən İradədən yox, çamaşırxanada çalışan İradə xaladan getdiyin bizə ərz etdi. Məndə düşündüm ki, Röyanın sözçüsü bunu deyirsə, bunlar biri-birinin fikrini təkzib edə bilməz.

"Azərbaycanın parlayan ulduzu”nun fikrini öz işçisi təkzib edirsə, mənim nəsə söyləməyim, səni ikinci dəfə vurmuş olacaq, deyə düşündüm. Amma sən yenə susmadın. O ki, qaldı, bilet almağa, mənim elə vərdişlərim yoxdu, "Röyaləcan..." Sənə son sözüm, aldığın ödülün dadını çıxar, səhnədən enər-enməz İradəyə nə deyəcəyini düşünmə. Sən zatən starsan. Ən önəmlisi isə Əməkdar artistsən. Bu şərəfli adı daşıyan sənətçinin yuxarıda hallandırdığım ara sözləri işlətməyi, ən azından dinləyicisinə hörmətsizlikdir”./publika.az

Xəbər lenti