Rusiya Prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı maraqlı görüntülər ortaya çıxıb.
Putin Xmeymim hərbi bazasında suriyalı həmkarı Bəşər Əsədlə təkbətək görüş keçirib.
Daha sonra Putin rusiyalı əsgərlərlə görüşə yollanıb. Əsəd ona yaxınlaşmaq, birlikdə getmək istəyib. Bu zaman rusiyalı hərbçi Suriya
prezidentinin qolundan tutaraq, onun getməsinə icazə verməyib. Rusiya
hərbçisinin bu hərəkətindən pərt olan Əsəd yerində dayanıb.