Xəzər Xəbər

Dünyanı heyrətə gətirəcək piyada zolaqları - Türkiyədə - VİDEO

Veb TV | 18:06 • 11 Dekabr 2017
Dünyanı heyrətə gətirəcək piyada zolaqları -

Türkiyənin qərbində, Aydın vilayətində piyadaların təhlükəsizliyi üçün yerli bələdiyyə tərəfindən maraqlı üsul tətbiq olunub.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, piyadaların təhlükəsizliyini daha yaxşı təmin etmək üçün yollara 3D formatlı piyada zolaqları çəkilib. Bu, öz növbəsində, sürücülərdə zolaqların havadan asılı vəziyyətdə olması təəssüratını yaradır.

Belə piyada zolaqlarının ölkənin başqa vilayətlərində də tətbiq ediləcəyi istisna olunmur.

Qeyd edək ki, Türkiyədə son 10 ildə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 42 mindən artıq insan ölüb və 2 milyondan çoxu müxtəlif dərəcəli xəsarət alıb.

Xəbər lenti