Xəzər Xəbər

Bayram günlərində 9 gün EVDƏ OLACAĞIQ Nazirlər Kabineti QƏRAR VERDİ

Gündəm | 18:15 • 7 Dekabr 2017
Bayram günlərində 9 gün EVDƏ OLACAĞIQ

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları ilə bağlı qərar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, qərara əsasən 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Xəbər lenti