Xəzər Xəbər

Tacir Fədayə ilə bağlı həqiqəti etiraf etdi: Azadlığa çıxandan sonra yenidən bir yerdə oldular

Hadisə | 14:19 • 1 Noyabr 2017
Tacir Fədayə ilə bağlı həqiqəti etiraf etdi:

Tacir Şahmaloğlu Fədayə Laçınla bağlı danışıb.

Tacir Şahmaloğlu sual ünvanlanıb. "Duet ortağı olaraq yollarınız ayrılandan sonra heç maraqlanmısanmı Fədayə hara gedir, kimlə otirib-durur?" sualına Tacirin cavabını təqdim edirik:

"Mən xəbər tutdum ki, onun öz yoldaşı həbsxanada çıxıb. Azadlığa çıxandan sonra onlar yenidən bir yerdə oldular. Mən də ona görə artıq qarışmadım. Dedim bəlkə başqa cür başa düşər, ailədə söz-söhbət olar. Niyə mən onun ailəsində problem yaratmalıyam. Düz çıxmırdı".

Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib./milli.az

Xəbər lenti