Xəzər Xəbər

“WhatsApp”da bu da mümkün oldu: YENİLİK

Texnologiya | 12:47 • 19 Oktyabr 2017
“WhatsApp”da bu da mümkün oldu:

"WhatsApp” istifadəçiləri kontaktlar siyahısındakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər. "Live Location” adlanan funksiya servisin hazırkı sahibi – "Facebook” şirkətindən götürülüb.

"ICTnews” Elektron Xəbər Xidməti "Macdigger” resursuna istinadən yazır ki, yeni funksiyadan yaxın vaxtlarda həm "iOS”, həm də "Android” qurğu istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı "Messenger”də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

Məlumata görə, "Live Location” funksiyasından yararlanmaq üçün əvvəlcə istifadəçi və ya bütöv qrupla söhbətə (çat) başlamaq tələb olunur. Açılan çat pəncərəsində "+”, daha sonra "Location” düyməsini basdıqdan sonra yeni "Live Location paylaşma” funksiyası görünməyə başlayacaq. Bundan başqa, olduğu yerin göstərilmə vaxtını seçdikdən sonra "Göndərmək” düyməsi basılır. Funksiya bir neçə istifadəçi ondan birlikdə qrup şəklində olan ünsiyyətdə istifadə edəndə də işləyir. Bu halda bütün iştirakçıların yerlərinin dəyişməsi real vaxt rejimində bir xəritədə göstəriləcək.

"WhatsApp” nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, "Live Location” də "End-to-End Encryption (E2EE)” şifrləməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin edəcəyini gözləyə biləcəklər.

Xəbər lenti