Xəzər Xəbər

Yüksək sürət yenə can aldı: 9 nəfər həlak olub, çox sayda yaralı var - VİDEO

Veb TV | 19:36 • 20 Sentyabr 2017
Yüksək sürət yenə can aldı: 9 nəfər həlak olub, çox sayda yaralı var -

 

Yüksək sürət 4 nəfərin ölümünə səbəb oldu.

Xezerxeber.az-ın məlumatına görə, dəhşətli qəza ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun Salyanın Sarvan kəndi ərazisindən keçən hissəsində baş verib.Minik avtomobili yeni çəkilmiş magistral yolda hərəkətdə olarkən qarşıdan gələn digər avtomobillə toqquşub.

Qəza nəticəsində 4 nəfər qadın -- Salyan sakinləri, 37 yaşlı Arzu Əhmədova, 59 yaşlı Gilas Əhədova, 52 yaşlı Sevinc Baxşıyeva və 33 yaşlı Vəfa Qasımovahadisə yerində dünyasını dəyişiblər.Digər sərnişinlər Fərid Əzimov və BabəkHüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gələn xilasedicilər sıxılıb qalmış meyitləri çıxararaq aidiyyati üzrə təhvil veriblər. Xəsarətalanlar isə Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Biləsuvarda baş verən avtoqəzada isə 5 nəfər dünyasını dəyişib. Hadisə bu gün səhər saatlarında Ələt- Astara magistralında baş verib. Lənkəran rayon sakini Samiq Qasımovun idarə etdiyi minik avtomobili qarşı tərəfdən gələn mişar daşı ilə dolu yük maşınına çırpılıb. Qəzanın təsirindən hər iki avtomobil magistraldan çıxaraq yol kənarına düşüb.

Hadisə nəticəsində Lənkəranın Gərmətük kənd sakinləri - Samir Qasımov və Çingiz Nağıyev, Kosalar kənd sakinləri - Mahir Əhmədov, qohumu İlhamə Kazımova və onun anası Pəri Əhmədova dünyasını dəyişib. İlkin ehtimala görə qəza minik maşınının sürücüsünün ötmə əməliyyatını düzgün etməməsi səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

Biləsuvar rayonunda mikaroavtobus da qəzaya düşüb. Hadisə Axşam saatlarında Nəsimkənd kəndindəki çöllük ərazidə baş verib. Pambıqçıları evə gətirən rayon sakini Ruhin Əliyevin idarə etdiyi mikroavtobus qəfildən yoldan çıxaraq aşıb.

İşçilərin sözlərinə görə, qəza zamanı mikroavtobusda 21 nəfər olub. Onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb. Xəstələrlə ilkin tibbi yarım göstərildikdən sonra onların 15-i abmulator mualicəyə buraxılıb. 6 nəfərin xəsarətləri ağır olduğu üçün xəstəxana şəraitində müalicə davam etdirilir.

Bərdədə də ölümlə nəticələnə qəza olub.Minik avtomobili Mikroavtobusla toqquşub.Sonra isə yolun kənarında dayanan digər maşına çırpılıb.Həmin vaxt avtomobilin yanında dayanan sürücü, 51 yaşlı Arif Niftaliyev öz maşının altında qalaraq ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırlsa da orada ölüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 

Xəbər lenti