Xəzər Xəbər

12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var

Hadisə | 13:34 • 20 Sentyabr 2017
12 yaşlı ananın dünyaya gətirdiyi körpədən

Balakəndə atalığı tərəfindən zorlanaraq, hamilə qalan 12 yaşlı qız və ailənin digər üzvləri hələ ki Azərbaycan Uşaq Birliyinin himayəsindədir.

Bu barədə Modern.az-a Birliyin sədri Kəmalə Ağazadə məlumat verib.

O qeyd edib ki, ailə üzvlərinin sənədləşmə işləri tamamlanıb: "Atalıq uşaqların sənədlərini cıraraq, yarasız hala salmışdı. Vəsiqələr Daxili İşlər Nazirliyinin sayəsində qısa zamanda bərpa olundu. Hazırda 12 yaşlı həmin qız reabiltasiyası və səhhəti ilə bağlı xəstəxanada tam nəzarət altındadır. Bu həftənin sonu, ya da növbəti həftənin əvvəli xəstəxanadan çıxarılaraq, Birliyə gətiriləcək. Ailənin digər bacı və qardaşları da bu gün rayondan gətirilir. Sabahdan etibarən onlarla bağlı da işlərə başlayacağıq. Onların hamısını himayəyə götürmüşük. Dua edirik ki, süni nəfəs aparatına qoşulan körpə də yaşayacaq”.

Hüquq müdafiəçisi deyib ki, qadın yaşadığı faciəyə, 12 yaşlı qızının təcavüzə uğramasına baxmayaraq, doğulan körpəni qəbul edir. Və sağ qalacağı təqdirdə onu himayəsinə götürəcəyini deyir.

Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq, onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

12 yaşlı qızın 22-23 həftəlik hamilə olduğu meydana çıxandan sonra o, Bakıya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) həkimlərinin nəzarəti altına verilib.
ETMGİ-nin aparıcı mütəxəssisləri sentyabrın 14-də konsilium keçirərək, hamiləliyi ananın sağlamlığının imkan verdiyi həddə qədər qorumağa qərar veriblər. Lakin bir sutka keçəndən sonra, sentyabrın 16-da qızın vəziyyəti qəflətən pisləşib. Dərhal qeysəriyyə əməliyyatına alınan 12 yaşlı ana qız uşağı dünyaya gətirib. Uşaq hazırda süni nəfəs aparatına qoşulub.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti