Xəzər Xəbər

Gündə 4-5 stəkan çay içənlər TƏHLÜKƏ - DİQQƏT

Cəmiyyət | 15:48 • 16 Avqust 2017
Gündə 4-5 stəkan çay içənlər

Səhər və axşam yeməklərindən sonra çay içmək adətə çevrilib.

Həddindən çox içilən çay sağlamlığa zərər vurur. Çay bədənin dəmir istehsalına təsir edir. Araşdırmalara görə, gündə 4-5 stəkan çay içmək qansızlığa (anemiya) səbəb olur.

Çay dediyiniz zaman ağlınıza şəkər də gəlirsə, böyük təhlükədəsiniz. Çaya şəkər atmağınız, qan şəkərinin yüksəlməsinə, uzun müddət istifadə isə şəkər xəstəliyinə səbəb ola bilər.

Çayı səhər yeməyi ilə birlikdə deyil, səhər yeməyindən yarım, bir saat sonra içə bilərsiniz.

Dəm çayniyinə və ya stəkanınıza bir dilim limon ata bilərsiniz. Limonun antioksidant xüsusiyyəti çayı daha sağlıqlı hala gətirəcək./Metbuat.az

Xəbər lenti