Xəzər Xəbər

Nə qədər ömrünüz qaldığını dəqiqəsinədək hesablayan ÖLÜM SAATI

Maraqlı | 11:27 • 16 Avqust 2017
Nə qədər ömrünüz qaldığını dəqiqəsinədək hesablayan
İsveçli ixtiraçı Fredrik Colting istifadəçisinin neçə il, saat, dəqiqə, saniyəyədək nə qədər ömrünün qaldığını göstərən "ölüm saatı" ləqəbli bir qol saatı kəşf edib.

"Tikker" adı verilən saatın istifadəçilərinə xolesterin, təzyiq, kilo, keçmişdə yaşadıqları sağlamlıq problemləri, işlədikləri, yaşadıqları şərtlərlə bağlı suallar yönəldilir. Saat bu sualların cavablarından yola çıxaraq qalan həyat müddətini təxmini olaraq hesablayır və istifadəçisi qoluna taxanda geri sayım başlayır.

Colting saatı kimisə qorxutmaq üçün deyil, həyatlarının keyfini çıxarmaları üçün hazırladığını bildirərək "Bu fikir ağlıma dədəm öləndə gəldi. Yaşadığımız günü yaxşı keçirməliyik - deyə düşündüm" deyib.

Saatın istehsalına başlanılması üçün yaradıcı məhsulların inkişaf etdirilməsinə dəstək məqsədi ilə yaradılan Kickstarterda mənbə axtarılır. 1 noyabra qədər 25 min dollar vəsaitin tapılması lazımdır./movqe.az

Xəbər lenti