Xəzər Xəbər

Azərbaycanda 6 saat internet olmayacaq

Cəmiyyət | 13:01 • 14 Avqust 2017
Azərbaycanda 6 saat internet olmayacaq

"Aztelekom” MMC "aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.

Sabahdan etibarən Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə işlər aparılacaq.

Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar