Xəzər Xəbər

Azərbaycanın xalq artisti anasının yanında dəfn ediləcək - Vəsiyyət edib - VİDEO

Veb TV | 19:54 • 26 İyun 2017
Azərbaycanın xalq artisti anasının yanında dəfn ediləcək - Vəsiyyət edib -

Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib.

Xezerxeber.az məlumat verir ki, mərhumun oğlu Hafiz Həmidovun sözlərinə görə, xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya sobəsinə yerləşdirilib. Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu mərkəzin süni tənəffüs aparatından ayrılıb. Mərhum dünyasını dəyişdikdən sonra evinə gətirilib.

Mərhumla vida mərasimi sabah "Təzəpir" məscidində keçiriləcək. Xalq artistinin nəşinin 2-ci fəxri xiyabanda dəfn edilməsi təklif edilsə də, vəsiyyətinə uyğun olaraq Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb.1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1992-ci ildə xalq artisti adına layiq görülüb. 2011-ci ildən isə prezident təqaüdçüsü olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti