Xəzər Xəbər

İmişli-Beyləqan yolunda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı

Hadisə | 11:06 • 24 İyun 2017
İmişli-Beyləqan yolunda ağır qəza:

İmişli - Beyləqan magistral yolunda iki avtomobil toqquşub.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb, 1 nəfər ölüb.

Yaralılardan ikisi - 1989-cu il təvəllüdlü Quliyev Cəbrayıl Vaqif oğlu, 1989-cu il təvəllüdlü Şirinov Yasin Bayram oğlu İmişli Rayon Xəstəxanasına çatdırılıb. Digər yaralı isə Beyləqan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti