Xəzər Xəbər

"WhatsApp" sizi bu əzabdan xilas etdi NÖVBƏTİ YENİLİK

Texnologiya | 15:56 • 23 İyun 2017
"WhatsApp" sizi bu əzabdan xilas etdi

"WhatsApp" yenilikləri ilə istifadəçilərinin sayını artırmaqda davam edir.

Artıq dostlarınızdan gələn mesajları göy rəng bildiriş getməmiş oxumaq mümkündür. Yəni, sizin mesajları oxumağınıza baxmayaraq, göndərən şəxsdə "oxunmamış" kimi göstərəcək. Bunun üçün aşağıdakı üsuldan istifadə etmək lazımdır:

1. Mesaj gələndən sonra "WhatsApp"ı tamamilə bağlayın.

2. Sonra interneti bağlayın, lazım olsa "təyyarə rejimi"nə qoyun.

3. Sizə göndərilən mesajı oxumaq üçün "WhatsApp"ı təkrar açın və mesajınızı oxuyun.

4. Mesajı oxuduqdan sonra "WhatsApp"ı təkrar bağlayın.

5. Son olaraq interneti yenidən aktivləşdirin./metbuat.az


Xəbər lenti