Xəzər Xəbər

Azərbaycanda müğənninin anası və xalası qızı qətlə yetirildi - Qətli atası törədib - VİDEO

Veb TV | 19:40 • 25 Mart 2017
Azərbaycanda müğənninin anası və xalası qızı qətlə yetirildi -

Məşhur musiqi qrupunun üzvlərindən birinin ailəsində faciə baş verib.

''N-Brother'' qrupunun solistlərindən olan İsmayıl Hüseynovun atası cinayət törədib.

Xezerxeber.az məlumat verir ki, axşam saatlarında müğənninin atası 55 yaşlı Qurban Hüseynov yaşadıqları Abşeron rayonu Saray qəsəbəsində şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Fəraiz Hüseynovanı küt alətlə qətlə yetirib. Bundan sonra Qurban Hüseynov onlarda qalan baldızı qızı 18 yaşlı Rəhilə Əsgər qızı Amur Təbrizini də öldürüb.

Hadisə barədə ilk xəbəri müğənni İsmayıl Hüseynov bilib. O, dərhal polisə xəbər verib. Əraziyə gələn rayon hüquq-mühafizə orqanları əməkdaşları meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə gətiriblər.

Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayon polis idarəsindən verilən məlumata görə, xalasının himayəsində yaşayan Rəhilə Amur Təbrizinin iki gün öncə nişan mərasimi olub.

Faktla əlaqədar Abşeron rayon prokurorıuğunda cinayət işi başlanıb, hazırda qətlin motivi araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti