Xəzər Xəbər

Qadın sürücü maşın sürərkən canlı yayıma çıxdı, dəhşətli qəzada öldü - VİDEO

Veb TV | 09:39 • 25 Mart 2017
Qadın sürücü maşın sürərkən canlı yayıma çıxdı, dəhşətli qəzada öldü -

Fikri yolda yox, telefonda olan sürücünün maşını avtobusla toqquşub.


Yol nəqliyyat hadisəsi Tatarıstanın (Rusiya) Kazan şəhəri ətrafındakı yolda baş verib. Qız sükan arxasında sosial şəbəkələrdən birində videoyayım aparıb. Telefon avtomobil panelinə bərkidilib. Sürücü internet-istifadəçilərlə salamlaşıb, işlərin necə olduğunu soruşub və nə isə ifa edib. Bundan sonra zərbə, qışqırıq səsi eşidilir və yayım kəsilir. İdarəetmə ilə bacarmayan qız böyük sürətlə qarşı zolaqla hərəkət edən avtobusa çırpılıb. Tatarıstan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, avtobusdakı beş sərnişin, o cümlədən 7 yaşlı uşaq müxtəlif dərəcəli travma alıb. (inter.az)



Xəbər lenti