Xəzər Xəbər

Dovşan yuvasına girən alimlər ŞOK oldu: yerin altında məbəd tapıldı - FOTO/VİDEO

Veb TV | 14:18 • 10 Mart 2017
Dovşan yuvasına girən alimlər ŞOK oldu:

İngiltərənin Şropşir qraflığında təpələrdən birinin altında aparılan tədqiqatlar zamanı tamamilə qeyri-adi tikili aşkarlanıb.

Təpənin içərisinə daxil olmaq üçün insana köhnə dovşan yuvasına daxil olmaq tələb olunurdu.

Burada çox gözəl şəkildə qalmış məbəd aşkarlanıb.

Mağaraya girişi aşkarlayan tədqiqatçılar tikilinin təxminən 700 il əvvəl tikildiyini düşünürlər.

Əksəriyyət məbədin Tampliyerlər ordeni tərəfindən düzəldildiyini hesab edir. Ehtimallara görə, buradan mistik ayinlərin keçirilməsi üçün istifadə edilib.

Yerli sakinlər məkanı uzun müddətdir ki, aşkarlayıblar. Neobütpərəstlər burada mərasimlərini keçiriblər.

Məbədin videogörüntülərini sizə təqdim edirik.


Xəbər lenti