Xəzər Xəbər

Mənzil bazarında vəziyyət: Qiymətlər necə dəyişib? - CƏDVƏL

İqtisadiyyat | 16:43 • 20 Yanvar 2021
Mənzil bazarında vəziyyət:

2020-ci ildə Azərbaycanın mənzil bazarının qiymət indeksləri açıqlanıb.

XəzərXəbər "oxu.az”a istinadən xəbər verir ki, 2020-ci ildə mənzil bazarında qiymət indeksi 2019-cu illə müqayisədə 99,9 faiz təşkil edib.

O cümlədən, ilkin mənzil bazarında qiymət indeksi 99,5 faiz, təkrar mənzil bazarıüzrə qiymət indeksi isə 99,9 faiz təşkil edib.

Yəni, 2020-ci ildə mənzil qiymətindəki orta dəyişikliyini əks etdirən göstəriciyə görə, ilkin bazarda mənzillərin qiyməti 0,1 faiz, təkrar bazarda isə 0,5 faiz aşağı düşüb.

2020-ci ilin son üçayı ərzində (IV rüb) müvafiq göstəriciyə əsasən, ilkin mənzil bazarında qiymətlər əvvəlki üçay (III rüb) ilə müqayisədə 0,1 faiz artıb, təkrar mənzil bazarında qiymətlər isə sabit qalıb.

Ötən ilin son üçayı (IV rüb) əvvəlki ilin son üçayı (IV) ilə müqayisədə isə ilkin mənzil bazarında qiymətlər sabit qalıb, təkrar mənzil bazarında isə qiymətlər 0,2 faiz azalıb.

Əlavə edək ki, 2020-ci ildə tikinti sektoruna 3 milyard 226,2 milyon manat sərmayə qoyulub ki, bunun 1 milyard 367,3 milyon manatı mənzil tikintisinə cəlb olunub.

Xəbər lenti