Xəzər Xəbər

Ötən il Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınmış neftin həcmi məlum olub

İqtisadiyyat | 12:42 • 20 Yanvar 2021
Ötən il Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınmış neftin həcmi məlum olub

Keçən il Azərbaycandakı magistral neft kəmərləri ilə 34 milyon 720 min ton neft nəql olunub.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, nəqletmənin 79,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və il ərzində bu kəmərlə 27 milyon 480,5 min ton neft nəql edilib.


Ötən il BTC ilə 3 milyon 886,3 min ton tranzit nefti də ötürülüb.

Xəbər lenti