Xəzər Xəbər

TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor

İqtisadiyyat | 14:46 • 16 Yanvar 2021
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılmasını təklif etmək üçün iki ildən bir bazar sınaqları keçirəcək.


XəzərXəbər bildirir ki, bunu Trend-ə TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.


O bildirib ki, sınaqlar Yunanıstan, Albaniya və İtaliyanın tənzimləyici orqanları tərəfindən təsdiq olunmuş qaydalar əsasında keçiriləcək.


İcraçı direktor xatırladıb ki, TAP bazar sınaqlarını hələ 2019-cu ilin iyulunda işə salıb:


"Bazar sınaqlarının icbari olmayan mərhələsi artıq başa çatıb. İcbari mərhələ bu ilin iyulunda başlamalıdır".

Xəbər lenti