Xəzər Xəbər

Beynəlxalq Valyuta Fondunun zərəri açıqlanıb

İqtisadiyyat | 12:40 • 5 Dekabr 2020
Beynəlxalq Valyuta Fondunun zərəri açıqlanıb

2020-ci maliyyə ilinin yekunlarına əsasən Beynəlxalq Valyuta Fondunun (BVF) xalis zərəri 1,447 mlrd SDR (BVF-nin xüsusi borcalma hüquqları) və ya 1,996 mlrd. ABŞ dolları təşkil edib ki, bu da aprel ayında verilən ilkin göstəricidən 416,76 mln. dollar çoxdur.


Fondun maliyyə hesabatına istinadən verdiyi məlumata görə, BVF-nin xarici auditi "PricewaterhouseCoopers” şirkəti tərəfindən aparılıb. Hesabat dövründə əsasən borc vermə və investisiya gəlirlərini əks etdirən fondun xalis əməliyyat mənfəəti 1,962 mlrd. dollar təşkil edib ki, bu da aprel ayının ilkin göstəricisindən 91,1 mln. dollar çoxdur.


Qeyd edək ki, BVF-nin xalis zərərinə təsir edən ən mühüm amillərdən biri, fondun 2020-ci maliyyə ilində işçilərinin təqaüd planına aktivlərin və öhdəliklərin yenidən qiymətləndirilməsindən qaynaqlanan reallaşdırılmamış düzəlişi olub.apaeconomics


Nərmin Məcidli

Xəbər lenti