Xəzər Xəbər

Neft bahalaşmaqda davam edir

İqtisadiyyat | 09:57 • 4 Dekabr 2020
Neft bahalaşmaqda davam edir

Dünya bazarında "qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.


 "Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,97% bahalaşaraq bir barrelə görə 49,67 dollar olub.


WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 1,69% artaraq bir barrelə görə 46,41 dollara yüksəlib.


Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir. report


Nərmin Məcidli 


Xəbər lenti