Xəzər Xəbər

SOCAR neft ehtiyatlarının həcmini açıqlayıb

İqtisadiyyat | 09:45 • 4 Dekabr 2020
SOCAR  neft ehtiyatlarının həcmini açıqlayıb

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi təsdiq olunmuş neft ehtiyatları 120,204 milyon ton təşkil edib. Bu, 2018-ci illə müqayisədə 4,5 faiz azdır.


Bu barədə SOCAR-ın "Dayanıqlı inkişaf” hesabatına istinadən məlumat verir.


2018-ci ildə SOCAR-ın neft ehtiyatları 125,906 milyon ton təşkil edib.


Hesabata əsasən, 2019-cu ildə SOCAR 7,7 milyon ton neft, 6,8 milyard kubmetr qaz hasil edib. 2018-ci illə müqayisədə neft hasilatı 140,8 min ton, qaz hasilatı 293 milyon kubmetr artıb.


Ötən il şirkət 1,4 milyon ton nefti və 1,6 milyard kubmetr qazı ixraca yönəldib. 2019-cu ildə neft və qaz ixracından əldə edilən gəlir 904, 6 milyon dollar təşkil edib.


SOCAR-ın 2019-cu ildə neft, qaz və neft məhsulları ixracından 1,289 milyard dollar gəlir əldə edib.apa


Nərmin Məcidli


Xəbər lenti