Xəzər Xəbər

Pandemiya kirayə avtomobil bazarına necə təsir edib? Ekspert açıqladı

İqtisadiyyat | 10:24 • 2 Dekabr 2020
Pandemiya kirayə avtomobil bazarına necə təsir edib?

Koronavirus pandemiyası kirayə avtomobil bazarına da mənfi təsir göstərib.


Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.


R.Osmanlı bildirib ki, pandemiya nəticəsində ölkəyə turist axınının dayanması, xüsusən də Bakıya axının azalması, hərəkətliliyin düşməsi, turizmlə bağlı məhdudiyyətlər və s. kimi amillər avtomobil icarəsi bazarına ciddi təsir göstərib.


Onun sözlərinə görə, kirayə avtomobil bazarında qiymət azalması da var: "Misal üçün, əvvəl gündəlik kirayə qiyməti 50 manata təklif olunan avtomobillərin bu gün qiyməti təqribən 35-40 manat arasında dəyişir.


Bahalı avtomobillərdə qiymət azalması daha çoxdur, çünki bahalı avtomobillər toylar, bu kimi tədbilər zamanı istifadə olunurdu. İndi həmin tədbirlərin olmaması bu avtomobillərə marağı xeyli dərəcədə aşağı salıb”./trend


Ramil

Xəbər lenti