Xəzər Xəbər

Qızıl noyabrda rekord həddə ucuzlaşdı

İqtisadiyyat | 10:50 • 1 Dekabr 2020
Qızıl noyabrda rekord həddə ucuzlaşdı

Bu ilin noyabr ayında dünya bazarlarında qızılın dəyəri 5,5% azalaraq, 2016-cı ilin noyabrından bəri ən güclü eniş nümayiş etdirib.


Ötən gün COMEX birjasında qızılın fevral fyuçerslərinin qiyməti 0,69% və ya 12,4 dollar azalaraq 1 775,7 dollara düşüb.


Ümumiyyətlə, noyabr ayında qızılın dəyəri təxminən 5,5% azalıb. Bununla da, noyabr son 4 il ərzində qızıl üçün ən pis ay oldu. 2016-cı ilin noyabr ayında qızılın 7%-dən çox ucuzlaşmışdı.



Ötən ay qızılın qiyməti dəyişkən olub. Belə ki, ay ərzində qiymətli metalın dəyəri həm maksimal 1 966,1 dollara çatıb, həm də psixoloji göstərici sayılan 1 800 dollar həddindən aşağı olub – 1 767,4 dollar./apa



Ramil

Xəbər lenti