Xəzər Xəbər

Deputat əmanətlərin sığortalanması ilə bağlı yeni təklif verib

İqtisadiyyat | 12:14 • 26 Noyabr 2020
Deputat əmanətlərin sığortalanması ilə bağlı yeni təklif verib

Deputat Vahid Əhmədov "Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müddətinin  daha 1 il uzadılmasını təklif edib. 


Xəzərxəbər.az-ın məlumatına görə, deputat qeyd edib ki, bu qanun layihəsinin müddəti dekabrın 4-də bitir: "Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadi layihələr həyata keçiririk. Bundan əlavə, ölkədə pandemiya tüğyan edir. Buna görə də, həmin qanun layihəsini 1 il müddətinə uzatmalıyıq. 


Bildiyimə görə, sabah Maliyyə Sabitliyi Şurasının iclası keçirilməlidir. Cənab baş nazirdən xahiş edirəm ki, qanunun müddətinin uzadılmasıyla bağlı prezident qarşısında məsələ qaldırsın. Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar”.


Rubrikanın digər xəbərləri

Xəbər lenti