Xəzər Xəbər

Türkiyədə mənzil alan azərbaycanlıların sayı - Açıqlandı

İqtisadiyyat | 14:38 • 17 Avqust 2020
Türkiyədə mənzil alan azərbaycanlıların sayı - Açıqlandı

2020-ci ilin iyul ayında azərbaycanlılar Türkiyədə 115 mənzil alıblar.

Məlumatı Türkiyənin Statistika Komitəsi yayıb.

Azərbaycanlılar Türkiyədən ən çox mənzil alan xaricilər arasında 6-cı yerdədir.

Bildirilir ki, 2020-ci ilin iyul ayında 2 min 741 ev əcnəbilərə satılıb. Bu, əvvəlki ilin eyni ayına görə 34,6% azdı.

Ən çox ev satışı İran vətəndaşları tərəfindən edilib. İranlılar iyul ayında Türkiyədən 540 mənzil alıb. Daha sonra 388 evlə İraq, 154 evlə Rusiya Federasiyası, 149 evlə Əfqanıstan, 143 evlə Almaniya, 115 evlə Azərbaycan vətəndaşları Türkiyədə mənzil sahibi olub.

Əcnəbilərə satılan mənzillərin sayına görə birinci yeri İstanbul tutub. Belə ki, İstanbulda 1046 mənzil xaricilərə satılıb. Sıralamanı 615 ev satışı ilə Antalya, 230 ev satışı ilə Ankara, 101 satışla Mersin və 88 ev satışları ilə Yalova davam etdirib.

Yanvar-iyul dövründə xarici vətəndaşlara mənzil satışları əvvəlki ilin eyni dövrünə görə 29,6% azalaraq 17 min 3 olub.

Ümumilikdə 2020-ci ilin iyul ayında Türkiyədə 229 min 357 mənzil satılıb. Yanvar-iyul dövründə ev satışları 40,5 faiz artıb. Türkiyədə iyul ayında ev satışları illik 124,3 faiz artıb. Ay ərzində 39 min 432 mənzil (17.2%) satışı ilə İstanbul ən yüksək paya sahib olub.

teleqraf.com

Xəbər lenti