Xəzər Xəbər

Şahmar Mövsümov: “Yeni holdinqin fəaliyyəti liberallaşmanın başlamasıdır”

İqtisadiyyat | 14:06 • 8 Avqust 2020
Şahmar Mövsümov: “Yeni holdinqin fəaliyyəti liberallaşmanın başlamasıdır”

"Prezidentin ötən gün yaradılmasına fərman verdiyi Azərbaycan İnvestisiya Holdinqinin qarşısında dövlət müəssisələrində şəffaf, korporativ qaydaların, müsir idarəetmə sistemlərinin tətbiqi məsələsi vəzifə kimi qoyulub”.


Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.


"Bu holdinqin mövcudluğu həm də bir çox sahələrdə liberallaşma proseslərinin başlamasıdır. Dövlət başçısının dediyim kimi, biz qeyri-neft, özəl sektorun inkişafında maraqlıyıq və dövlət müəssisələrinin şəffaf, effektiv fəaliyyəti də həmin sektorun inkişafına töhvə verəcək”, - deyə o, qeyd edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti