Xəzər Xəbər

Gürcüstanın turizm gəlirləri 80% azalacaq

İqtisadiyyat | 15:16 • 5 Avqust 2020
Gürcüstanın turizm gəlirləri 80% azalacaq

Gürcüstanın turizmdən builki gəlirləri illik müqayisədə 80% azalacaq.  


Bunu ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze deyib.


Onun sözlərinə görə, bu göstərici turizm gəlirlərinin ilin qalan hissəsi üçün minimal olacağı ehtimalı ilə proqnoz edilir.


K.Qvenetadze bildirib ki, mövcud pandemiya böhranının əsas xüsusiyyəti qeyri-müəyyənliyin yüksək səviyyədə olmasıdır ki, bu da əsasən turist axınlarına aiddir./report

Xəbər lenti