Xəzər Xəbər

Belarus üçün növbəti partiya Azərbaycan nefti bu həftə Odessaya çatacaq

İqtisadiyyat | 13:55 • 3 Avqust 2020
Belarus üçün növbəti partiya Azərbaycan nefti bu həftə Odessaya çatacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Belarus üçün 85 min ton həcmində Azərbaycan nefti yüklənmiş tankerin avqustun 4-5-də Ukraynanın Odessa limanına çatması gözlənilir.


"Report” Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə "Belneftexim” konserninin mətbuat katibi Aleksand Tişenko bildirib.


O qeyd edib ki, bu tanker avqustun 2-də Supsa limanından (Qara dəniz, Gürcüstan)  yola düşüb.


Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun "Belneftexim” konserni üçün 1 mln. tona qədər neft nəql etməyi planlaşdırır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti