Xəzər Xəbər

İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri artırılır

İqtisadiyyat | 11:24 • 3 Avqust 2020
İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri artırılır

"İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik təklif olunur.


XəzərXəbər xəbər verir ki, dəyişikliklə fondun gəlir və xərcləri artırılır.


Sənəddə qeyd edilib ki, 2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib.


Qanun layihəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilib ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.


Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif edilir.

Xəbər lenti