Xəzər Xəbər

“Azərkosmos” optik peyk xidmətləri ixracını artırıb

İqtisadiyyat | 17:13 • 30 İyul 2020
“Azərkosmos” optik peyk xidmətləri ixracını artırıb

Yanvar-iyun aylarında "Azərkosmos” ASC tərəfindən 27 ölkəyə 21,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artım deməkdir.


Xezerxeber.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”nın iyul sayına istinadla xəbər verir ki, "Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.


Cari ilin iyun ayında isə "Azərkosmos” ASC 20 ölkəyə 2,4 milyon dollar dəyərində xidmət ixrac edib. ASC-nin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri olub.

Xəbər lenti