Xəzər Xəbər

Maliyyə dəstəyi üçün 147,6 mindən çox vergiödəyicisi müraciət edib

İqtisadiyyat | 16:57 • 30 İyul 2020
Maliyyə dəstəyi üçün 147,6 mindən çox vergiödəyicisi müraciət edib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, iyulun 28-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 min 62 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 118 min 551 fərdi (mikro) sahibkar olmaqla cəmi 147 min 613 vergiödəyicisi müraciət edib.


Nazirlikdən bildirilib ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 219 min 768 işçini əhatə edən 25 min 233 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim olunub, digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,13 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,56 milyocc manat təşkil edir. İyulun 28-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 min 825 vergiödəyicisinə 215 min 689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 97,95 milyon manat, o cümlədən 2-ci ay üzrə 48,5 milyon manat vəsaitin köçürülməsi təmin olunub.


Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118 min 551 vergiödəyicisindən müraciət daxil olub, 111 min 67 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim olunub. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,6 milyon manat təşkil edir. İyulun 28-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,5 milyon manat vəsaitin 106 min 765 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti