Xəzər Xəbər

Azərbaycanda ilin sonunadək ani ödəniş sistemi istifadəyə veriləcək

İqtisadiyyat | 13:38 • 30 İyul 2020
Azərbaycanda ilin sonunadək ani ödəniş sistemi istifadəyə veriləcək

Azərbaycan Mərkəzi Bankının hazırladığı ani ödəniş sistemi bu ilin sonunadək tam istifadəyə veriləcək.


Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın departament rəhbəri Kəmalə Qurbanova mətbuat konfransında deyib.


Onun sözlərinə görə, gələn ay Mərkəzi Bank bu sistemi pilot layihə üzrə seçilmiş banklarla ictimaiyyətə təqdim edəcək: "Ani ödəniş sistemi ölkədəki ödəniş sistemlərindən fərqli olacaq, iki tərəf arasında 7/24/365 rejimində əməliyyat aparmağa imkan verəcək”.

Xəbər lenti