Xəzər Xəbər

AZAL xüsusi reyslərə hansı şəxslərin buraxılacağını açıqlayıb

İqtisadiyyat | 16:54 • 21 İyul 2020
AZAL xüsusi reyslərə hansı şəxslərin buraxılacağını açıqlayıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı hansı şəxslərin buraxılacağını açıqlayıb.


AZAL-dan xezerxeber.az-a verilən məlumata görə, bura Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, Azərbaycanda işləmək icazəsi olan əcnəbilər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və respublikanı ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr daxildir.

Xəbər lenti