Xəzər Xəbər

Dövlət büdcəsinin gəlirləri 16,9 faiz artıb

İqtisadiyyat | 19:18 • 21 İyul 2020
Dövlət büdcəsinin gəlirləri 16,9 faiz artıb

Yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 10 milyard 580,25 milyon manata, xərcləri isə 0,4 faiz azalaraq 9 milyard 392,23 milyon manata olub.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, daxilolmaların 20,07 faizi əlavə dəyər vergisi, 13,24 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,36 faizi fiziki şəxslərin gəlir vergisi, 3,5 faizi aksizlər, 1,38 faizi sadələşdirilmiş vergi, 1,82 faizi vergilərin digər növləri, 51,13 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Xəbər lenti