Xəzər Xəbər

Bugünkü valyuta hərracında banklar 59 mln. dollar cəlb edib

İqtisadiyyat | 13:38 • 21 İyul 2020
Bugünkü valyuta hərracında banklar 59 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.


AMB-dən xezerxeber.az-a verilən xəbərə görə, hərracda tələb 59,3 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (16 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 5,1% və ya 2,9 mln. dollar artıb.


Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xəbər lenti

Çox oxunanlar